Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcək

Qafar Ağayev12:59 - 02 / 05 / 2024
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Qoçəhmədli kəndini bərpa edəcək

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Füzuli rayonunun Qoçəhmədli kəndini bərpa edəcək.

1news.az "Report"a istinadən xəbər verir ki, bunu Fondun prezidenti Aktotı Raimkulova mayın 2-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə "Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi" mövzusunda təşkil olunan doqquzuncu panel sessiyasında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib və indi Qarabağ bölgəsinin ilkin və tarixi simasını bərpa etmək, keçmiş ruhunu dirçəltmək üçün genişmiqyaslı yenidənqurma işlərinə başlanılıb:

"Keçmiş məcburi köçkünlərin geri qayıtması sülh və əmin-amanlıq şəraitində davam etdirilir. Türk Mədəniyyəti və İrsi Fondu qəti şəkildə inanır ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə müxtəlif bərpa-quruculuq layihələrini çox yüksək səviyyədə həyata keçirir. Fondumuz bu proseslərə töhfə verməkdə çox maraqlıdır. Bu baxımdan təşkilatımız Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq nəticəsində işğaldan azad edilmiş Füzuli rayonunda yerləşən və işğal zamanı vandalizmə məruz qalmış Qoçəhmədli kəndinin bərpasını planlaşdırır".

A.Raimkulova bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondunun “Şuşanın 2024-cü ildə islam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi kontekstində Qarabağın islam irsinin bərpasında iştirak etməsi bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətinin daha bir göstəricisidir:

"Azərbaycanın Qarabağ bölgəsində apardığı bərpa proseslərində türk dövlətlərinin çox fəal olması təqdirəlayiq haldır".

Paylaş:
103

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər